Myanma ordusu hərbi çevriliş edərək hakimiyyəti ələ aldığını açıqlayıb.
Myanma ordusunun mətbuat orqanının verdiyi açıqlamada ölkədə fövqəladə hal elan edildiyi və Myanmanın bir il boyunca hərbi qaydalarla idarə olunacağı bildirilib.
Prezident Vin Myin və Dövlət Şurasının sədri və xarici işlər naziri Aun San Su Çji nəzarətə alınıb.
Daha əvvəl Myanma ordusu iqtidardakı Su Çjinin partiyasının qələbəsi ilə nəticələnən seçkilərdə saxtakarlığı olduğunu elan etmişdi.
Müzakirələr davam edərkən Baş Qərargah rəisi qanunların lazımi qaydada tətbiq olunmadığı təqdirdə konstitusiyanın ləğv edilə biləcəyini açıqlamışdı.
ABŞ və Avstraliya Myanma ordusunu nəzarətə alınan dövlət rəsmilərinin sərbəst buraxmağa çağırıb.
Tehsil-press.az