Dövlət Proqramı çərçivəsində nüfuzlu universitetlərdə təhsil alacaq BDU məzunları ilə görüş

Dövlət Proqramı çərçivəsində nüfuzlu universitetlərdə təhsil alacaq BDU məzunları ilə görüş Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı kimi dünyanın nüfuzlu universitetlərində magistratura təhsili alacaq BDU məzunları ilə görüşüb.
Rektor məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
E.Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın elm və təhsil siyasəti, gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi istiqamətində atdıqları addımların əhəmiyyətini qeyd edib və bu siyasətin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Rektor Dövlət Proqramı əsasında təhsil alacaq BDU məzunlarının xarici ölkələrdə Vətənimizi uğurla təmsil edəcəklərinə əmin olduğunu bildirib, onlara öz tövsiyələrini verib.
Qeyd edək ki, BDU-nun 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. Onlardan 13 nəfəri Birləşmiş Krallıqda, 3 nəfəri isə ABŞ-da təhsilini davam etdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər