Dövlət Proqramının növbəti iştirakçıları müəyyən olunub

Dövlət Proqramının növbəti iştirakçıları müəyyən olunub “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın növbəti iştirakçıları müəyyən olunub.
2023–2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticəsi üzrə 47 namizəd müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramı iştirakçısı adını qazanıb.
Beləliklə, 2023–2024-cü tədris ili üçün Dövlət Proqramı çərçivəsində ümumilikdə dünyanın 17 ölkəsinin nüfuzlu xarici ali təhsil müəssisələri üzrə 381 nəfər Azərbaycan Respublikası vətəndaşı təhsil almaq hüququ qazanıb. Proqram iştirakçılarından 48 nəfəri cari il üzrə dünyanın 10 ən yaxşı universitetindən qəbul alıb. Onlardan 9 nəfəri “Harvard University”, 2 nəfəri “Massachusetts Institute of Technology”, 2 nəfəri “University of Oxford”, 8 nəfəri “Imperial College London”, 2 nəfəri “ETH Zurich” və digər universitetlərdə təhsil almaq hüququ qazanıb.

Tehsil-press.az





Oxşar xəbərlər