UFAZ-da seminar - Yaşıl hidrogen: gələcəyin əsas enerji mənbəyi kimi

UFAZ-da seminar - Yaşıl hidrogen: gələcəyin əsas enerji mənbəyi kimi Azərbaycan-Fransız Universitetində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl hidrogen: gələcəyin əsas enerji mənbəyi kimi” mövzusunda seminar keçirilib.
Seminarda “Siemens Energy” şirkətinin Yeni enerji bölməsinin rəhbəri professor Yaşar Musayevin mövzu üzrə təqdimatı olub. Y.Musayev “Siemens Energy” şirkətinin yaşıl enerji sahəsində fəaliyyəti və Almaniyadakı laboratoriya imkanları barədə məlumat verib, Azərbaycanda son illər yaşıl enerji istiqamətində atılan addımlardan danışıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər