Azərbaycan Texniki Universitetində (AzTU) “Elektromobilin inkişafı, nəqliyyat sektorunda enerjidən istifadə və CO₂ emissiyası (Türkiyə təcrübəsi və Azərbaycanda istifadə)” mövzusunda işgüzar seminar keçirilib.
Seminarda ali məktəbin rektoru, professor Vilayət Vəliyev, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini, professor Nurəli Yusifbəyli, türkiyəli professorlar Gürkan Kumbaroğlu və Kərəm Odabaşı məruzələrlə çıxış ediblər.
Seminarda elektromobil sektorunun inkişafı, nəqliyyatda elektrik enerjisindən istifadə üzrə Türkiyə təcrübəsi əsasında elmi tədqiqatlar aparılması və kadr hazırlığı, eləcə də özəl sektorun elektromobillərin istehsalı və inkişafındakı təcrübəsi, Azərbaycanda tətbiqinin əsas istiqamətləri müzakirə olunub, suallar cavablandırılıb. Həmçinin dünya Elektromobil Birliyinin (WEVA) Avropa qoluna (AVERE) üzv olan AVERE Türkiyə ilə birgə işbirliyi barədə məlumat verilib.
Tədbirdə Energetika, İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Azərenerji ASC-nin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, ali məktəblərin nümayəndələri və türkiyəli mütəxəssislər iştirak ediblər.
AzTU-nun Mətbuat Xidməti