Çox qəribə oğurluq -Video

Çox qəribə oğurluq -Video Çində "Apple" mağazasına gedən qadın maraqlı "iPhone 14 Plus" oğurluğu edib. Qısa müddətdə yaxalanan qadın təhlükəsizlik kameralarında gülməli görüntülər ilə yadda qalıb. “Apple” mağazasına daxil olan qadın misli görünməmiş bir iş görərək telefonu oğurlamağı bacarıb. Çin hüquq-mühafizə orqanları qadını qısa müddətdə yaxalayıb. Gəlin birlikdə baş verən bu maraqlı hadisəyə nəzər salaq. Fujian əyalətində yaşayan qadın pərakəndə telefon satışı mağazasına gedib və adi müştəri kimi ortalıqda dolaşmağa başlayıb. Daha sonra gözünə sataşdığı "iPhone 14 Plus"-ı yoxlamağa başlayan qadın birdən telefonu stendlə birləşdirən kabeli dişləməyə başlayıb. Bir müddət mübarizə aparan qadın kabeli qırmağa nail olub. Telefonu götürüb və gözdən itib. Mağaza işçiləri hadisəni fərq etdikdən sonra kamera qeydlərini araşdıran polis oğrunun kim olduğunu müəyyən edərək tədbir görüb.
Təhlükəsizlik kabelini gəmirərkən kameralara gülməli səs yazısı qoyan oğrunun görüntüsü Çin hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyət üçün paylaşılıb. Əldə edilən məlumata görə, qadın həqiqətən də "iPhone 14 Plus" almaq üçün "Apple" mağazasına girib, lakin qiyməti baha görəndə, qadın çarəni oğurluqda tapıb. Təbii ki, bu cəhd də uğursuz oldub.



Tehsil-press.az




Oxşar xəbərlər