Avstraliyada 5 gün bataqlıqda qalan qadın xilas edilib. Avstraliyanın Viktoriya əyalətində yaşayan 48 yaşlı qadın meşədə qapalı qaldığı ərazidə 5 gün ərzində heç kimlə ünsiyyət qura bilməyib. Həmin müddətdə qadın yalnız şərab istehlak edərək sağ qaldığını söyləyib. Ailəsinin lazımlı orqanlara verdiyi xəbərdən sonra hərəkətə keçən qruplar 5 günün sonunda qadını sağlamlığına qovuşdura biliblər. Xarıci xəbərin təfərrüatına görə, Avstraliyanın Viktoriya əyalətində yaşayan 48 yaşlı Lillian anasını ziyarət etmək üçün yola düşüb. “High Country” bölgəsində avtomobili bataqlıqda qalan qadın cib telefonunun siqnalı olmayan ərazidə qalıb.
Ən yaxın yaşayış məntəqəsindən təxminən 60 kilometr aralıda olan Lillianın avtomobilində su və yemək yox idi. Anasına hədiyyə etmək üçün bir neçə qəlyanaltı və şərab olan 48 yaşlı qadın sağ qalmaq üçün onları qəbul edib. Sonunda onu tapan polislər bildiriblər ki, xanım sakit şəkildə maşında qalmasaydı, onu tapmaq bizim üçün çox çətin olacaqdı.
Tehsil-press.az