“Təhsildə güzəşt vətənə xəyanət kimi bir şeydir”

“Təhsildə güzəşt vətənə xəyanət kimi bir şeydir” Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil müəssisələrində ilk dəfə keçiriləcək sertifikasiya imtahanında müəllimlərə güzəştlərin olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə danışıb.
“Təhsildə güzəşt vətənə xəyanət kimi bir şeydir. Güzəşt edəcəyik deyə bilmərəm, konteksti nəzərə alacağıq. Müəllimlər özləri də bilməlidirlər ki, biz onlardan nə istəyirik. İkimərhələli sertifikasiya keçiriləcək. Əvvəlcə müəllimlər üçün təlimlər təşkil olunacaq”.

Tehsil-press.az


Oxşar xəbərlər