Nazir: "33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur"

Nazir: "Növbəti mərhələdə 33 mindən artıq müəllimin sertifikasiyası nəzərdə tutulur".
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 5 290 nəfər müəllimin yaşı 60-ın üzərindədir.
Nazir bildirib ki, 33 mindən çox müəllim üçün keçirilən imtahanın gözləntilərinə əsasən 80-85%-nin əməkhaqlarının artımı nəzərdə tutulur.
E.Əmrullayev həmçinin qeyd edib ki, ötən il sertifikasiya imtahanından keçə bilməyən 2 803 müəllim üçün təkrar imtahan keçiriləcək: "Onlar minimal keçid balını da bu il toplamasa və ya müsahibə mərhələsindən keçməsə əmək müqaviləsinə xitam veriləcək. Bununla da həmin yerlər vakansiyaya çıxarılacaq".

Tehsil-press.az



Oxşar xəbərlər