İspaniya və Fransada erməni cinayətkar qruplaşmasının üzvləri saxlanılıb

İspaniya və Fransada erməni cinayətkar qruplaşmasının üzvləri saxlanılıb İspaniya və Fransada erməni cinayətkar qruplaşmasının üzvləri saxlanılıb.
Bu barədə “Europol” (Avropa İttifaqının polis xidməti) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ermənistan və Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qruplaşmanın üzvləri həbs edilib.
“Europol” ilə Fransa və İspaniya polislərinin birgə əməliyyatları nəticəsində reketlik, hədə-qorxu ilə pul tələb etmək və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar şəbəkə ifşa edilib. Cinayətkar şəbəkə müxtəlif malların oğurluğu və satışı, siqaret qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olub.
Fransa və İspaniyada həyata keçirilən silsilə əməliyyatlar zamanı 38 evdə cinayətkar dəstənin başçıları da daxil olmaqla, 28 nəfər həbs edilib.
Bildirilir ki, cinayətkar şəbəkənin rəhbərləri bundan əvvəl adam öldürməyə cəhdə görə axtarışda olublar.

Tehsil-press.az



Oxşar xəbərlər