Azərbaycanda insan alveri ilə bağlı statistika açıqlandı

Azərbaycanda insan alveri ilə bağlı statistika açıqlandı Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləriylə 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb.
Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019- cu il hesabatında qeyd olunub. Bildirilir ki, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Axtarışı elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulub. İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 27 təqsirləndirilən şəxs ( 5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilib. Əvvəlki illərdə cinayət təqibi tamamlanmış şəxslər də nəzərə alınmaqla 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olub ( Tacikistan və Özbəkistan vətəndaşları). Onlardan 54-ü istismar məqsədilə Türkiyə, 16-sı Qətər, 8-i İran, 5-i Rusiyaya aparılıb. 5-i Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Azərbaycanda istismara məruz qalıb.
Zərərçəkənlərdən 78-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilib. 14 nəfər işlə təmin edilib, 45-i peşə kursuna göndərilib. 58 nəfər ailələrinə geri qaytarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər