COVID-19 testi müsbət çıxdığı üçün G-20 Sammitində iştirak etməyəcək

COVID-19 testi müsbət çıxdığı üçün G-20 Sammitində iştirak etməyəcək İspaniyanın Baş naziri Pedro Sançesin COVID-19 testinin müsbət çıxdığı və bu səbəbdən sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G-20 Sammitində iştirak etməyəcəyi açıqlanıb.
Baş nazirlik mənbələrinin İspaniya mətbuatına verdiyi məlumatda Sançesin səhhətinin yaxşı olduğu və Madriddəki iqamətgahında işləməyə davam edəcəyi qeyd edilib.
Səhiyyə qurumlarının məlumatlarına görə, İspaniyada 21-27 avqust tarixləri arasında 508744 COVID-19 testi olunub. İki ay əvvəllə müqayisədə COVID-19 test satışlarında 500 faiz artım var.

Tehsil-press.az


Oxşar xəbərlər