İspaniyada pandemiya qurbanlarının xatirəsi anılıb

İspaniyada pandemiya qurbanlarının xatirəsi anılıb İspaniya bu gün Madriddə keçirilən təntənəli mərasimdə COVID-19 pandemiyası qurbanlarının və pandemiya dövründə həyatlarını təhlükə altına atan səhiyyə işçilərinin xatirəsi anılıb.
Kral VI Filippın və onun ailə üzvlərinin sədrliyi ilə keçirilən mərasimdə Baş Nazir Pedro Sançesin rəhbərlik etdiyi hökumət üzvləri, siyasi partiyaların liderləri, səhiyyə işçiləri, pandemiyadan ölənlərin qohumları iştirak ediblər.
Həmin gün Madridə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel, Avropa Parlamentinin sədri David Sassoli, NATO-nun baş katibi Yens Stoltenberq, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus təşrif buyurublar.
“Bu, pandemiya ilə bağlı dövlət səviyyəsində keçirilən ilk mülki anım mərasimidir. Cəmiyyətimiz bu aylarda dözüm nümayiş etdirdi. İllər keçəcək biz COVID-19 pandemiyası dövründə yetkinlik, əzmkarlıq və başqalarına qayğı göstərməyimizi məmnunluqla xatırlayacağıq. Mənəvi və vətəndaşlıq borcu bu gün hamımızı birləşdirir. Gəlin bütün iradəmizi, imkanlarımızı, biliklərimizi inamlı gələcək yolunda cəmləşdirək”, - deyə Kral VI Filipp bildirib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, İspaniyada koronavirusdan 28 min 413 nəfər həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər