İspaniyada bülletenlərin 85 faizi sayıldı: müxalifət liderdir

İspaniyada bülletenlərin 85 faizi sayıldı: müxalifət liderdir İspaniyada seçki bülletenlərinin 85 faizinin sayılmasından sonra mühafizəkar Xalq Partiyası liderlik edir.
350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) əsas müxalifət qüvvəsi - mühafizəkar Xalq Partiyası 135 yer alır. Ondan sonra Baş nazir Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (123 mandat) gəlir. İfrat sağçı “Vox” partiyası 33, solçu “Sumar” hərəkatı isə 31 yer alır. Hökuməti sərbəst formalaşdırmaq üçün hələlik heç bir siyasi qüvvə parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyib.

Tehsil-press.az


Oxşar xəbərlər