Ukraynanın yeni müdafiə nazirinə qarşı cinayət işi açılacaq

Ukraynanın yeni müdafiə nazirinə qarşı cinayət işi açılacaq Ukrayna Milli Antikorrupsiya Bürosu ölkənin müdafiə naziri vəzifəsinə təyin edilmiş Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rüstəm Umerova qarşı cinayət işi açacaq.
Bu barədə Ukrayna Korrupsiyaya Qarşı Ali Mübarizə Məhkəməsi həmin büroya tapşırıq verib.
Bildirilib ki, Umerov vəzifəsindən sui-istifadə edərək xidmətin maraqlarına zidd hərəkətlər edib.
Bundan başqa, o, vəzifə səlahiyyətlərini aşaraq dövlət əmlakının oğurlanması ilə bağlı bəzi faktları da gizlədib.

Tehsil-press.az



Oxşar xəbərlər