Reznikov yaxın vaxtlarda istefaya göndərilə bilər

Reznikov yaxın vaxtlarda istefaya göndərilə bilər Ukraynanın müdafiə naziri Aleksey Reznikovun istefaya göndərilməsi məsələsi yenidən gündəmə gəlib.
“Ukrainskaya pravda” portalı bir neçə mənbəyə istinadən Reznikovun yaxın vaxtlarda istefaya göndəriləcəyini yazıb.
Bildirilir ki, parlament gələn həftə müdafiə nazirinin istefasını nəzərdən keçirməlidir.
Onun postuna isə Dövlət Əmlakı Fondunun rəhbəri Rüstəm Umerov təyin edilə bilər.
Reznikovun isə Ukraynanın Böyük Britaniyadakı səfiri olacağı ehtimal edilir.
Xatırladaq ki, bir müddət əvvəl Reznikov özü istefa verə biləcəyini bəyan edib.

Tehsil-press.az


Oxşar xəbərlər