Hindistan adı artıq yoxdur?

Hindistan adı artıq yoxdur? Hindistanda G20 sammiti başlayıb.
Paytaxt Nyu Dehlidə keçirilən sammitin plenar sessiyası zamanı ölkənin Baş naziri Narendra Modi “Hindistan” əvəzinə “Bharat” yazılı lövhə ilə çıxış edib.
Hər iki söz respublikanın rəsmi adlarıdır. “Bharat” hind dilindədir və əsas olaraq yerli auditoriya üçün, “Hindistan” (India - red.) isə ingilis dilində və xarici auditoriya üçün istifadə olunur.
Baş nazirin ölkənin adının “Bharat” yazıldığı lövhə ilə çıxış etməsi marağa səbəb olub. Belə ki, son günlər respublikada ölkənin adının dəyişdirilərək Bharat edilməsi gündəmdədir. Yayılan məlumatlara görə, hökumət adın dəyişdirilməsi ilə bağlı qərarı parlamentin sentyabrın 18-22-nə təyin edilmiş növbədənkənar iclasında qaldıra bilər.
Bununla yanaşı, ölkə Prezidenti Draupadi Murmunun G20 dövlət başçılarına və nazirlərə şam yeməyi ilə bağlı göndərdiyi dəvətdə “...Bharat Prezidentindən” ifadəsi də yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər