Bu barədə Ərəb Respublikası Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasına göndərdiyi müraciətdə deyilir.
“Dəməşq ABŞ-nin Suriya ərazisində qeyri-qanuni hərbi mövcudluğuna son qoyulmasını, ABŞ administrasiyasının neft və qaz sektoruna dəymiş ziyana görə cavabdeh olmasını və oğurlanmış neft ehtiyatlarına görə təzminat ödəməyi öhdəsinə götürməsini tələb edir”, - sənədə bildirilir.
Xarici İşlər Nazirliyi ABŞ-nin cinayət əməlləri nəticəsində respublikanın neft sektorunda birbaşa itkilərin 27,5 milyard dollar həcmində qiymətləndirildiyini qeyd edib.
Tehsil-press.az