
Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin naziri Frenk Kendall Hava, Kosmos və Kiber konfransında çıxış edərkən bildirib.
Kendall bildirib ki, məqsəd 2024-cü ilin yanvar ayına qədər Hərbi Hava Qüvvələri Departamentini böyük güc rəqabəti üçün bir daha optimallaşdıracaq bir sıra dəyişiklikləri təsvir etməkdir:
"Bu müddətə qədər əsas səylər alternativ fəaliyyət variantlarının müəyyən edilməsi və təhlilinə yox, tövsiyələrin yerinə yetirilməsinə yönələcək. Biz vaxt itirə bilmərik”.
Tehsil-press.az