ABŞ tarixində ilk dəfə afroamerikalı generala yüksək vəzifə verilib.
Prezident Donald Tramp tərəfindən Amerikanın Hərbi Hava Qüvvələrinin komandiri vəzifəsinə namizəd göstərilən Çarlz Braun 98 senatorun səsverməsi ilə bu posta təyin olunub. Təyinatın afroamerikalı Corc Floydun öldürülməsinə qarşı aksiyaların fonunda edilməsi diqqət çəkib.
Braun bu vəzifəyədək ABŞ-ın Hind-Sakit Okean Komandanlığında komandir kimi çalışırdı.
Tramp Çarlz Braunun Hərbi Hava Qüvvələrinin komandiri təyin edilməsindən sonra Tvitterdə post paylaşaraq həyəcanlı olduğunu bildirib:
“ABŞ-ın ilk afroamerikalı komandiri olaraq general Çarlz Braunu Hərbi Hava Qüvvələri Komandanlığına təyinetmə qərarım senat tərəfindən təsdiqləndi. ABŞ üçün tarixi bir gündür. Böyük vətənpərvər və lider olan general Braun ilə işləyəcəyim üçün həyəcanlıyam”.
Tehsil-press.az