Almaniya İtaliyadan miqrant qəbulunu dayandırır

Almaniya İtaliyadan miqrant qəbulunu dayandırır Almaniya İtaliyaya sığınan miqrantların qəbulunu dayandırır.
“La Reppublica” qəzeti rəsmi Berlinin könüllü həmrəylik mexanizmi ilə sığınacaq axtaranların seçim prosesini dayandırdığını və bununla bağlı Romaya məktub göndərildiyini yazıb. Lakin daha əvvəl Almaniyadan icazə almış və İtaliyadan gəlməsi nəzərdə tutlan miqrantların qəbulu davam edəcək.
İtaliyanın cənubundakı Lampeduza adasına gecə yarısından bəri 2472 miqrant qəbul olunub. İndiyədək bir gündə adaya gələn mühacirlərin rekord sayı avqustun sonunda (2172 nəfər) qeydə alınmışdı. İlin əvvəlindən bəri isə İtaliya 120 minədək miqrant qəbul edib. Keçən ilin eyni dövründə bu rəqəm 55 min civarında idi.
Bu proseslər fonunda miqrantların qəbuluna qapılarını bağlayan təkcə Almaniya deyil. Fransa rəsmiləri də miqrant axınlarda kəskin artım qeydə alındığını, Menton kommunası ilə İtaliyanın Ventimiqliya bölgəsi arasındakı sərhədi təhlükəsiz etmək niyyətini açıqlayıblar. Sərhəddə əsgərlərin sayının 60-dan 120-yə, gömrük işçilərinin də iki dəfə artırılacağı bildirilib.

Tehsil-press.az


Oxşar xəbərlər