Mərakeşdə zəlzələdən zərər çəkənlərin sayı 5,5 min nəfəri ötüb

Mərakeşdə zəlzələdən zərər çəkənlərin sayı 5,5 min nəfəri ötüb Mərakeşdə 7 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 5 min 530 nəfərə çatıb.
Mərakeş Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, təbii fəlakət nəticəsində həlak olanların sayı 2900 nəfəri ötüb. Ölüm hallarının əksəriyyəti Əl-Xauz əyalətində qeydə alınıb – 1643 nəfər. Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir.
Həlak olanların və xəsarət alanların sayına, həmçinin böyük dağıntılara baxmayaraq, Mərakeş Xarici İşlər Nazirliyi Əlcəzairin yardımından imtina etdiyi barədə bu ölkənin konsulluğuna rəsmi bildiriş təqdim edib. Krallıq bunun səbəblərini açıqlamayıb.

Tehsil-press.az



Oxşar xəbərlər