Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2530 nəfərə çatıb

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2530 nəfərə çatıb Kahramanmaraş zəlzələsinin təsiri nəticəsində Suriyada ölənlərin sayı 2530 nəfərə, yaralananların sayı 4645 nəfərə çatıb.
Hazırda Suriyanın zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Lazkiyə və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.
Rejimin nəzarətində olan bölgələrdə 1250 nəfər həlak olub, 2 mindən çox insan yaralanıb. Suriyanın şimalında, müxalifətin nəzarətində olan bölgələrdə isə 1280 nəfər həyatını itirib, yaralananların sayı 2600 nəfəri ötüb.
KİV-də yayılan bəzi məlumatlara görə, zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün texnika çatışmır. Suriyanın səhiyyə naziri dünya ölkələrini zəlzələ ilə bağlı yardım göstərməyə çağırıb.

Tehsil-press.az

Oxşar xəbərlər