Van Qoqun muzeydən oğurlanan tablosu tapıldı

Van Qoqun muzeydən oğurlanan tablosu tapıldı Van Qoqun 2020-ci ilin martında Niderlanddakı bir muzeydən oğurlanmış 1884-cü il tarixli “Nuenendəki Papaz evi bağçası” tablosu 3,5 il sonra tapılıb.
139 yaşlı rəsm niderlandlı detektiv Artur Branda təhvil verilib.
Brand tablonun ona yastıq üzünə bükülmüş çantada adının açıqlanmayan bir şəxs tərəfindən verildiyini bildirib. O, tablonu verən şəxsin oğurluqla əlaqəsinin olmadığının məlum olduğunu qeyd edib.
Dedektivin sözlərinə görə, cinayət təşkilatları arasında yayılan və polis tərəfindən axtarışda olan tablo ona “şəxsiyyətinin məxfi qalması şərti ilə” bir şəxs tərəfindən gətirilib.
Qeyd edək ki, əsər 2020-ci ilin mart ayında Amsterdamın Laren şəhərindəki muzeydən oğurlanıb. Oğurluq Covid-19 epidemiyasının başladığı 2020-ci ildə komendant saatı dövründə “Singer Laren” muzeyinin şüşə divarlarının sındırılması nəticəsində baş verib.
Sözügedən tablonu oğurlayan fransız oğru Nils M hadisə yerində DNT ilə müəyyən edilib.
Oğru 2021-ci ildə 8 il həbs cəzasına məhkum edilsə də, Van Qoqun milyonlarla avro dəyərində olan tablosunu tapmaq mümkün olmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər