“Məni qatmayın” - “Lotu Quli” etiraz etdi

“Məni qatmayın” - “Lotu Quli” etiraz etdi Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov həbsxanaya göndərilən “proqon”a adının yazılmasını etirazla qarşılayıb.
O, hazırda həbsdə olan Artur Atabekyana (Artur Molodoy) dəstək vermədiyini bildirib. Bundan başqa, “qanuni oğru” özünün icazəsi olmadan adının “proqon”a yazılmasının izahatını istəyib.
“Nə istəyirsiniz edin, nə istəyirsiniz yazın, amma məni qatmayın”, - deyə “Lotu Quli” etirazını bildirib.
Qeyd edək ki, “proqon” “oğru”ların verdiyi qərarın kütləyə çatdırılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər