BDU-da Bilik Gününə həsr olunan çiçəkəkmə aksiyası

BDU-da Bilik Gününə həsr olunan çiçəkəkmə aksiyası Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə çiçəkəkmə aksiyası keçirilib. Çiçəkəkmə aksiyasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatının üzvləri və BDU könüllüləri iştirak ediblər.
15 Sentyabr - Bilik Gününə həsr olunmuş aksiyada 600-dək gül əkilib. Tədbirin məqsədi ətraf mühitin qorunmasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər