Memarlıq və İnşaat Universitetinin kollektivi yaralı hərbçilərimiz üçün qan verib

Memarlıq və İnşaat Universitetinin kollektivi yaralı hərbçilərimiz üçün qan verib Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi üzvlərinin təşəbbüsü ilə könüllü qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankından ezam olunan xüsusi hərbi tibb briqadası tərəfindən universitetin əsas korpusunda aparılıb. Aksiyaya qoşulan universitet nümayəndələri Vətən müharibəsində misilsiz xidmətləri ilə seçilən yaralı əsgər və zabitlərimiz üçün qan veriblər.
Donorlar aksiyada yaxından iştirak etməklə hər an Vətənin keşiyində dayanan igidlərimizin yanında olduqlarını söyləyiblər.

Tehsil-press.az

Oxşar xəbərlər