BDU könüllüləri təmizlik aksiyasında

BDU könüllüləri təmizlik aksiyasında Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə könüllüləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, “Təmiz Şəhər” ASC və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin tərəfdaşlığı ilə “Sahillər təmiz qalsın” şüarı altında keçirilən ənənəvi sahilyanı təmizlik aksiyasında iştirak ediblər.
Çimərlik mövsümünün açılışı ərəfəsində keçirilən və Ümumdünya Ətraf Mühit Gününə həsr olunan aksiyada könüllülər Corat çimərliyi ərazisini təmizləyib, toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.

Tehsil-press.az



Oxşar xəbərlər