UNEC-in komandası intellektual yarışda qalib oldu

UNEC-in komandası intellektual yarışda qalib oldu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilən "Nə? Harada? Nə zaman?" intellektual yarışında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası qalib olub.
Yarışda müxtəlif ali təhsil ocaqlarından ümumilikdə 14 komanda iştirak edib. Mübarizənin sonunda I yerə UNEC-in, II yerə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, III yerə Bakı Mühəndislik Universitetinin komandaları layiq görülüb.
UNEC-i yarışda Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İqtisadçı” İntellektual Klubunun üzvləri təmsil ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər