Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilinin payız semestrindən marketinq ixtisası üzrə 3 dildə (Azərbaycan, türk, rus) olmaqla I-III kursların qruplarında “Çevrilmiş” tədris metoduna uyğun tədris prosesi təşkil ediləcək.
İlk olaraq “Çevrilmiş” tədris metodu 2022/2023-cü tədris ilinin payız semestrindən pilot layihə kimi seçilmiş 4 fənn üzrə, yaz semestrində isə 36 fənn üzrə tətbiq edilib. Həmin metodla təhsil alan tələbələrin biliklərin mənimsənilməsində və yeni bacarıqların əldə edilməsində uğurlu nəticələri və metodun tətbiqi ilə əlaqəli tələbə məmnuniyyəti nəzərə alınaraq, marketinq ixtisası üzrə dərslərin “Çevrilmiş” tədris metodu ilə aparılmasına qərar verilib.
Harvard, Kaliforniya, Vaterloo kimi dünyanın aparıcı universitetlərində tətbiq olunan bu metodun əsas məqsədi tələbələrə ixtisasları üzrə bilikləri, praktiki vərdişləri, bacarıqları daha çox aşılamaqdır.
“Çevrilmiş” tədris metodu zamanı mövzular üzrə bilik və bacarıqların tələbələr tərəfindən daha rahat mənimsənilməsi üçün audio, video, infoqrafika və yazılı formadan istifadə edilir. Elektron resurslarla yanaşı, dərsdənkənar saatlarda müəllim-tələbə arasında mövzu üzrə tapşırıqların ötürülməsi, cavablandırılması və müzakirələrin keçirilməsi üçün UNEC “EDUMAN” sistemi üzərindən kommunikasiya paneli də yaradılıb.
Tehsil-press.az