Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzində “Rəqəmsal marketinq” kursunun növbəti sessiyasına qeydiyyat başlanıb.
Əmək bazarının tələblərinə uyğun praktiki biliklərə əsaslanan rəqəmsal marketinq kursları 3 ay davam edəcək. Kurslar peşəkar ekspertlər tərəfindən 5 müxtəlif modul - SMM, SEO, SEM, E-mail marketinqi, “Affilate” marketinq üzrə tədris ediləcək.
Kursu bitirənlər UNEC-in sertifikatını əldə etməklə yanaşı, praktiki biliklərə əsaslanan tədris planı və öyrəndiklərini möhkəmləndirmək məqsədilə təşkil olunacaq vorkşopda iştirak edə biləcəklər.
UNEC-in tələbə və əməkdaşlarına özəl endirim kampaniyası oktyabrın 1-dək davam edəcək.
Daha ətraflı məlumatı linkdən əldə etmək mümkündür.
Tehsil-press.az