Zelenski Ukraynanın gələn il üçün büdcə prioritetlərini açıqlayıb

Zelenski Ukraynanın gələn il üçün büdcə prioritetlərini açıqlayıb Ukraynanın gələn il üçün büdcəsinin prioritetləri müdafiə və təhlükəsizlik xərcləri olacaq, buna ən azı 43,3 milyard dollar xərclənməsi planlaşdırılır.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə büdcənin əhəmiyyətli hissəsi silahların, xüsusilə pilotsuz təyyarələrin istehsalı və alınmasına ayrılacaq.
Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Sergey Marçenko bildirib ki, ölkə yalnız hərbi xərcləri ödəyə bilər, qalan hissəsi isə tərəfdaşları tərəfindən maliyyələşdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər