Ukrayna bu ilin altı ayında 25 milyard dollardan çox maliyyə yardımı alıb

Ukrayna bu ilin altı ayında 25 milyard dollardan çox maliyyə yardımı alıb Ukrayna 2023-cü ilin birinci yarısında Qərb dövlətlərindən və beynəlxalq maliyyə təşkilatlarından 25 milyard dollardan çox maliyyə yardımı alıb.
Bu rəqəmi Ali Radanın büdcə komitəsinin rəhbəri Roksolana Pidlasa açıqlayıb. Onun sözlərinə görə, bu ilin ilk altı ayında xarici maliyyə resursları dövlət büdcəsinin ümumi fonduna daxil olan bütün gəlirlərin 49,1 faizini təşkil edib.
Komitə rəhbəri bildirib ki, Ukraynanın ən böyük donoru olan Avropa İttifaqı bu il Kiyevə 11,43 milyard dollar güzəştli kredit ayırıb. ABŞ isə 7,2 milyard dollar qrant vəsaiti ilə geri qaytarılmayan büdcə yardımının ən böyük donoru olaraq qalır. 2023-cü ilin əvvəlindən bəri Ukrayna büdcəsinə Beynəlxalq Valyuta Fondundan 3,59 milyard dollar, həmçinin Kanadadan 1,76 milyard dollar daxil olub.
Ali Radanın maliyyə komitəsinin məlumatına əsasən, 2023-cü ilin büdcəsində dövlət borcunun maksimum məbləğinin 172,7 milyard dollara qədər artırılması, büdcə kəsiri isə 38 milyard dollar həcmində nəzərdə tutulub. Prezident Volodimir Zelenski Qərbi Ukraynanın builki büdcəsinin kəsirini tam bağlamağa çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər