Saakaşvili Gürcüstan rəhbərliyini hakimiyyəti müxalifətə verməyə çağırıb

Saakaşvili Gürcüstan rəhbərliyini hakimiyyəti müxalifətə verməyə çağırıb Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili ölkədə tez bir zamanda hakimiyyətin dəyişəcəyini proqnozlaşdırır və hakimiyyəti müxalifətlə danışıqlar masasına oturmağa və hakimiyyəti dinc yolla ona ötürməyə dəvət edir.
Bu barədə Gürcüstanın keçmiş rəhbəri ona qarşı qaldırılan cinayət işlərindən birində keçirilən məhkəmə iclasında uzaqdan yayım zamanı bildirib.
“Heç kim xalqın iradəsinə müqavimət göstərə bilməz və hadisələr son dərəcə çətin bir ssenari üzrə çox sürətlə inkişaf edə bilər. İvanişviliyə demək istədiyim yeganə şey odur ki, o, yeganə məsələ - hakimiyyətin dinc yolla ötürülməsi ilə bağlı müxalifətlə danışıqlar masası arxasına əyləşməlidir”, - Saakaşvili bildirib.
Eks-prezident Gürcüstanın xarici və daxili siyasətinin bir sıra məsələlərinə toxunaraq, yekunda qeyd edib ki, fiziki zəifliyinə baxmayaraq, gürcü xalqının bir parçası olduğu üçün onun ruhunu heç kim qıra bilməz.

Tehsil-press.az



Oxşar xəbərlər