Qara dənizdə, Rumıniya sahillərində yük gəmisi partladılıb. Sözügedən gəmi Qərbi Afrikanın Toqo bayrağı altında üzən Seam gəmisidir.
"Yük gəmisinin ekipajı Qara dənizdə xilas edilib. Rumıniyanın dəniz xilasetmə agentliyi MRCC-nin məlumatına görə, Seama-nın 12 ekipaj üzvü təxliyyə edilərək Ukrayna ilə sərhəd yaxınlığındakı Sulina limanına müalicə üçün aparılıb", - deyə CNN məlumat yayıb.
Qeyd edilir ki, partlayış sahildən təxminən 40 kilometr (25 mil) aralıda baş verib. İlkin məlumata görə, partlayış gəminin mühərrik zalında baş verib.
Ekipaj üzvlərinin sözlərinə görə, gəmi minaya düşüb. Eyni zamanda Rumıniya rəsmiləri partlayışın səbəbini hələlik təsdiq etmədiklərini bildiriblər.
Tehsil-press.az