Budapeştdə Dunay çayında turistləri aparan gəmi qəzaya uğrayıb. İnsident nəticəsində azı 7 nəfərin öldüyü bildirilir.
Hadisə iki gəzinti gəmisinin toqquşması nəticəsində baş verib.
Polisin verdiyi məlumata görə, qəza anında gəmidə ümumilikdə Cənubi Koreyadan olan 33 turist və 2 ekipaj üzvü olub.
Hadisədən sonra 7 nəfəri xilas etmək mükün olub. 21 nəfərin taleyi isə hələlik məlum deyil.
Axtarış-xilasetmə işləri hələ aparılır. Havanın yağışlı və soyuq olması axtarışları çətinləşdirir.
Cənubi Koreya hökuməti həlak olanlar arasında vətəndaşlarının olduğunu təsdiq edib.
Tehsil-press.az