Zelenski bu halda məğlub olacaqlarını etiraf etdi

Zelenski bu halda məğlub olacaqlarını etiraf etdi Ukraynanın Prezidenti Volodimir Zelenski Vaşinqtonda amerikalı senatorlarla görüşü zamanı deyib ki, ölkəsi ABŞ-nin köməyi olmasa, münaqişədə məğlubiyyətlə üz-üzə qalar.
Bunu ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çak Şumer bildirib.
“Hər şeyi mükəmməl şəkildə yekunlaşdıran bir cümlə var idi. Zelenski deyib: “Kömək almasaq, müharibəni uduzacağıq”.
Sentyabrın 21-də ABŞ-nin respublikaçı senatoru Rend Pol bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya yardım üçün girovluqda olan dövlət olmamalıdır. O, Ağ Evin rəhbəri Co Baydeni bu təcrübəni dayandırmağa çağırıb.

Tehsil-press.az



Oxşar xəbərlər