Ərdoğan Qarabağdakı antiterror tədbirlərindən danışdı

Ərdoğan Qarabağdakı antiterror tədbirlərindən danışdı “Bu, Qarabağda talançı erməni komandası ilə bağlı məsələdir”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.
O, Azərbaycanın keçirdiyi antiterror tədbirlərindən danışıb.
“Onların (separatçıların) “prezident seçkiləri”ni keçirmək cəhdi həm Ermənistanın Baş naziri Nikol Paşinyanı, həm də Azərbaycanı ciddi narahat edib. Çünki Azərbaycan bu hadisəyə “hələ də davam edən bir prosesi alovlandırırlar” kimi baxırdı. Bu arada, təbii ki, qardaşlarımızın şəhid olması hadisəni çox fərqli səviyyəyə qaldırdı.
Xəbərdarlıqlar edildi, lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, əksinə, prosesi davam etdirdilər. Hadisə belə davam etdiyi üçün də, Azərbaycan müvafiq addım atdı. Və daha da gecikmədən orada əməliyyatlarını yekunlaşdırdılar. Antiterror tədbirləri bitdikdən sonra mənə dedilər ki, 90-a yaxın vacib nöqtə məhv edilib. Yəni 90 mövqe vurulmaqla artıq tədbirlər bitib”, - deyə Ərdoğan qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər