İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. “İnklüziv təhsil” layihəsi həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir. 2023-2024-cü tədris ilində 18 ümumi təhsil müəssisəsində (246, 220, 252 nömrəli məktəb-liseylər, 39, 84, 138, 202, 265, 300, 214, 25, 27, 177, 36, 163, 19, 181, 96 nömrəli tam orta məktəblər) inklüziv siniflər fəaliyyət göstərir. Hazırda paytaxt üzrə ümumilikdə 18 təhsil müəssisəsində 150-yə yaxın sağlamlıq imkanı məhdud şagird inklüziv təhsilə cəlb edilib.
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində müsbət nəticələr əldə olunub.
Xatırladaq ki, paytaxt üzrə 2015-2016-cı tədris ilində 2, 2016-2017-ci tədris ilində 4, 2021-2022-ci tədris ilində 5, 2022-2023-cü tədris ilində isə 9 ümumi təhsil müəssisəsində inklüziv təhsil sinifləri təşkil olunub.
Tehsil-press.az