Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Plenar iclası giriş sözü ilə açan BSU-nun rektoru siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev konfransda təhsil vasitəsilə inklüzivliyin təşviqi, inklüzivliyin təhsil proqramlarında (kurikulumlarında) əks olunması kimi məsələlərin müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb. Rektor bildirib ki, bu konfrans sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsilə cəlb edilməsi yollarını araşdırmaq, onların cəmiyyətə inteqrasiyası və onlar üçün maneəsiz mühitin yaradılması ilə bağlı gələcək addımları müəyyənləşdirmək məqsədi daşıyır.
Plenar iclasda təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsil vasitəsilə inklüziyanın və inteqrasiyanın təşviqi” mövzusunda məruzəsi dinlənilib. Nazir müavini bildirib ki, inklüziya tolerantlığı, dözümlülüyü, fərqliliklərə hörmətlə yanaşmağı, müxtəlifliyi qəbul etməyi və dəstək verməyi, cəmiyyətdə tam və fəal iştirakı təşviq edir. Eyni zamanda, cəmiyyətdə inklüzivliyin mövcudluğu inklüziv mədəniyyətin yaradılmasından, inklüziv siyasətin inkişaf etdirilməsindən və inklüziv təcrübənin tətbiq edilməsindən də asılıdır.
F.Qurbanov bildirib ki, inklüziv təhsilin geniş miqyasda tətbiqi məqsədilə qəbul olunan “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası davam edir. Dövlət Proqramı çərçivəsində hazırda 12 məktəbdə inklüziv təhsil üzrə pilot layihə həyata keçirilir. Həmin məktəblərdə inklüziv mühitin yaradılması üçün infrastruktur uyğunlaşdırılıb və müəllim heyəti inklüziv təhsil üzrə təlimlərə cəlb edilib. İnklüziv təhsil məktəblərinin şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur.
Nazir müavini diqqətə çatdırıb ki, Azərbaycanda 2021-2022-ci tədris ilində 12 min 562 nəfər xüsusi təhsilə cəlb olunub. Onlardan 157-si inklüziv təhsilə, 8456 nəfər evdə təhsilə cəlb edilib. Hazırda Təhsil Nazirliyi hökumət təşkilatları, beynəlxalq fondlar, ictimai birliklər, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, ümumi təhsil pilləsində inklüziv təhsilin genişləndirilməsi, müəllim hazırlığı istiqamətində fəaliyyətlərini davam etdirir.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə “Kurikulumda inklüziv təhsil yanaşmaları” mövzusunda məruzə edib. Bildirib ki, inklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayevanın “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə inklüziyası üçün ailə dəstək xidmətləri” və “Birgə və Sağlam” İctimai Birliyinin sədri, Autizm Mərkəzinin rəhbəri Aytən Eynalovanın “Azərbaycanda autizm spektrli uşaqlarla iş: Autizm Mərkəzinin fəaliyyəti” mövzularında məruzələri dinlənilib və müzakirələr aparılıb.
Sonra bəstəkar Arzu Səmədqızının rəhbərlik etdiyi “Mavi ürəklər” xor və ritm qrupu “Sən ey uşaqlıq”, “Mehriban ailəyik”, “Məhəbbət çırağı” və “Ey həyat, sən nə qəribəsən” mahnılarını, qrupun solistləri Kənan Məmmədov “Ala gözlüm”, Ayxan Quluzadə isə “Küçələrə su səpmişəm” mahnılarını ifa edib. “Mavi ürəklər” xor və ritm qrupunun üzvlərinə hədiyyələr təqdim olunub.
Konfrans işini 4 bölmədə davam etdirib. Bölmələrdə 140-a yaxın məruzə dinlənilib.
Tehsil-press.az