İnklüziv təhsillə bağlı təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat verilib

İnklüziv təhsillə bağlı təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat verilib Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə “İnklüziv təhsilin təşkili” mövzusunda təlim keçirilib.
Təlimdə Pedaqogika kafedrasının müəllimləri çıxış ediblər. Təlimin başlıca məqsədi “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn vəzifələrin reallaşdırılmasına dəstək göstərməkdən ibarətdir.
Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılar sertifikatla təltif olunublar. Təlimlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az


Oxşar xəbərlər