HP dünyanın ən nazik noutbukunu təqdim etdi

HP dünyanın ən nazik noutbukunu təqdim etdi HP şirkəti dünyanın ən nazik noutbuku adına iddialı olan “Spectre 13” premium noutbukunu təqdim edib

Tehsil-press.az “The Verge” nəşrinə istinadən məlumatına görə, noutbukun 13,3 düym olan gövdəsi alüminiumdan hazırlanıb. Onun qalınlığı isə 10,4 millimetrdir ki, öz göstəricilərinə görə, cihaz rəqibləri olan “Apple MacBokk” və “Dell XPS”dən üstündür.
Qeyd edək ki, ”Apple MacBook” notbukunun qalınlığı 13,2 mm, “Dell XPS”in qalınlığı isə 15,2 mm-dir.
HP mühəndisləri noutbukun qızma problemini həll edərək, yaxşı məhsuldarlıq da əldə edə biliblər. Noutbuk güclü “Intel Core i5” və ya “Core i7” prosessoru ilə təchiz edilib. “HP Spectre 13”in əməliyyat yaddaşının həcmi 8 Gb, əlavə olunmuş daşıyıcısının həcmi isə 256 Gb-dır. Notbukun ekranı “FullHD” genişlənməyə mövcuddur və sensor deyil.
Cihazın avtonom işləmə müddəti 9,5 saat təşkil edir. Bundan başqa, laptop 3 ədəd USB-C portuna malikdir ki, onlardan 2-si “Thunderbolt” interfeysini və qulaşcıq üçün dəliyi də dəstəkləyir. 
Yeni HP noubukunun qısa videogörüntüsü “The Verge”nin “YouTube” kanalında dərc olunub. Cihaza sifarişlərin qəbuluna isə aprelin 25-də başlanacaq. “HP Spectre 13” noutbuku may ayında bazara çıxarılacaq. Noutbukun qiymətinin 1 170 dollardan başlayacağı gözlənilir.

tehsil-press.az

Oxşar xəbərlər