Qərbi Balkan ölkələri üzrə iqtisadi artım proqnozları yenilənib

Qərbi Balkan ölkələri üzrə iqtisadi artım proqnozları yenilənib Beynəlxalq Valyuta Fondu (BVF) Qərbi Balkan regionu ölkələrinin 2023-cü il üzrə iqtisadi artım proqnozlarını açıqlayıb.
BVF-yə görə, cari ildə Serbiya ilə Bosniya və Herseqovinada 2 faiz iqtisadi artım gözlənilir.
Monteneqroda iqtisadiyyatın 3,2 faiz, Şimali Makedoniyada 1,4 faiz, Albaniyada 2,2 faiz və Kosovoda isə 3,5 faiz artacağı proqnozlaşdırılır.
Hesabatda dünya iqtisadiyyatında “yumşaq eniş” olacağı ilə bağlı 2023-cü ilin əvvəlindəki qeyri-müəyyən gözləntilərin davamlı artan inflyasiya və maliyyə sektorundakı son təlatümlər fonunda azaldığı bildirilib. Cari ildə qlobal iqtisadi artımın 2,8 faiz, 2024-cü ildə isə 3 faiz olacağı nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər