Fransa İctimai Rəy və Marketinq İnstitutunun (İFOP) ölkədə inflyasiyanın səviyyəsi ilə bağlı apardığı sorğunun nəticələri acınacaqlıdır. Fransada inflyasiya çox sayda ailəni çətinliklə üz-üzə qoyub və onlar gündəlik yeməyi 3 dəfədən 2 dəfəyə azaltdıqlarını bildiriblər.
İFOP-un apardığı sosial sorğunun nəticələrinə görə, ölkədə inflyasiyanın ən çox təsir etdiyi qida sahəsi olub və mart ayında inflyasiya 15,8 faiz təşkil edib. Məlum olub ki, fransızların 42 faizi gündəlik 3 yemək normasını azaldaraq 2 dəfə yeməyə məcbur olduqlarını bildirib. 53 faiz isə yeməyin həcmini azaltdıqlarını deyib. Fransızların 52 faizi əvvəlki dövrlə müqayisədə daha az meyvə və tərəvəz ala bildiklərini, bəzən isə buna imkanlarının çatmadığını bildiriblər.
Fransa Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (İNSEE) məlumatına görə, son 1 ildə süd məhsullarının (süd, qaymaq, yumurta və pendir) qiymətində 21 faiz, dondurulmuş ətdə 31,6 faiz, kağız dəsmallarda 30,4 faiz, konservləşdirilmiş makaronda isə 30,3 faiz artım qeydə alınıb.
Qeyd edək ki, bu ilin əvvəlindən Fransada qida məhsullarının qiyməti yenidən artıb. Fevralda bu artım 14,8 faiz, martda isə 15,8 faiz olub.
Digər sorğularda da qiymətlərdə artımın olması sorğu iştirakçılarının əksəriyyətinin verdiyi cavablar arasında yer alıb.
Tehsil-press.az