Almaniya iqtisadiyyatında tənəzzülün davam edəcəyi gözlənilir

Almaniya iqtisadiyyatında tənəzzülün davam edəcəyi gözlənilir Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkə iqtisadiyyatının qış dövründəki tənəzzüldən sonra ilin ikinci rübündə əvvəlki illə müqayisədə artımının sabit qaldığını bildirib.
Almaniyada ümumi daxili məhsul (ÜDM) bu ilin ikinci rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb.
Avropanın ən böyük, dünyada isə dördüncü olan Almaniya iqtisadiyyatı ötən ilin son rübündə 0,4 faiz, cari ilin birinci rübündə isə 0,1 faiz azalıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Almaniya bu il kiçiləcək yeganə “Böyük yeddilər” (G7) ölkəsi olacaq. Ölkədə yüksək enerji qiymətləri səbəbindən alman şirkətləri rəqabət mühitində əlverişsiz vəziyyətdə qalırlar.
Son illərdə COVID-19 epidemiyası, tədarük zəncirinin pozulması və Rusiya-Ukrayna müharibəsi kimi bir çox böhranlar Almaniya iqtisadiyyatının zəif tərəflərini ortaya çıxarsa da, bir çox ölkənin, xüsusilə də Çinin Almaniyadan idxal olunan malları getdikcə artırması, Almaniya iqtisadiyyatının tənəzzüldən çıxmasını çətinləşdirir.
Almaniya 2023-cü ilin birinci yarısında Çinə 53,4 milyard avro dəyərində mal ixrac edib. Bu, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 9 faiz azdır.
Digər tərəfdən, ikinci rübdə iqtisadi artımın olmaması Almaniyanın yalnız müvəqqəti iqtisadi tənəzzül yaşadığını və ya bunun qalıcı artım zəifliyi ilə nəticələnəcəyi sualını da gündəmə gətirir.
Sənayesi xarici rəqabətdən mənfi təsirlənən Almaniya geosiyasi münaqişələrə qarşı həssas olaraq qalır. Eyni zamanda, işçi qüvvəsinin qocalmasının iqtisadiyyata təsir edəcəyi gözlənilir.
Rusiya-Ukrayna müharibəsindən sonra Avrozonada artan inflyasiya və faiz dərəcələri alman şirkətlərinin, eləcə də tikinti sektorunun investisiya istəklərini əngəlləsə də, Almaniya COVID-19 epidemiyasından sonra sənayesi üçün təchizat zəncirlərini yenidən qurmağa çalışır.

Tehsil-press.az


Oxşar xəbərlər