Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq tədbirlərinə dair görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev, “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini Rəşad Cavadov, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Görüşdə təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlıq vəziyyəti, aidiyyəti qurumlarla birgə həyata keçirilməsi vacib olan məsələlərə həsr olunmuş təqdimat nümayiş olunub.
BŞTİ müdiri Mehriban Vəliyeva payız-qış mövsümünə hazırlığa və təhsil müəssisələrinin istiliklə təminatına diqqətin artırılmasının vacibliyini bildirib. Bu baxımdan təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən müvafiq qurumlarla (“Azəriqaz” İB, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC) aparılan müzakirələrin əhəmiyyətindən danışıb.
Görüşdə çıxış edənlər təhsil müəssisələrinin istilik, qaz və su ilə təminatı baxımından öncəki illərdə toplanmış təcrübə, qarşılıqlı əməkdaşlıq və yeni yanaşmalar sayəsində nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Çıxışçılar görüşün birgə əməkdaşlıq işinə təkan verəcəyinə əminliklərini ifadə edib, təmsil etdikləri qurumların fəaliyyətindən asılı olan məsələlərin həllində hər cür dəstək verməyə hazır olduqlarını söyləyiblər.
Həmçinin təhsil müəssisələrinin payız-qış mövsümünə hazırlığı üçün nəzərdə tutulan kompleks işlərin daha tez reallaşdırılmasının zəruriliyi haqqında fikir mübadiləsi aparılıb.
Sonda təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan problemlərin operativ həlli üçün zəruri işlər görüləcəyi və bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkil ediləcəyinin mümkünlüyü bildirilib.
Tehsil-press.az