ABŞ-ın ticarət naziri: “Tik-Tok” sosial şəbəkəsi milli təhlükəsizliyə təhdid yaradır

ABŞ-ın ticarət naziri: “Tik-Tok” sosial şəbəkəsi milli təhlükəsizliyə təhdid yaradır “Tik-Tok” kimi mobil proqramların yaratdığı milli təhlükəsizlik təhdidlərinə qarşı hüquqi alətlər yaratmaq lazımdır.
Bunu ABŞ-ın ticarət naziri Gina Raimondo Senatda keçirilən dinləmələrdə deyib.
Qeyd edib ki, Çin sosial şəbəkəsi ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaradır. “Mənə tez-tez “Tik-Tok”a qadağa qoymaqla bağlı sual ünvanlayırlar. Amma problem daha böyükdür və təkcə “Tik-Tok”a aid deyil. Bizə hərtərəfli yeniləmə planına ehtiyacımız var. Bu gün təhdidlər 10 il əvvəlkindən fərqlidir. Ona görə də düzgün iş qanunlarla dəstəklənən alətlər dəsti yaratmaq və təhlükə yaradan bu bir-biri ilə əlaqəli tətbiqlərə hərtərəfli yanaşma hazırlamaqdır", - deyə nazir bildirib.
ABŞ kəşfiyyat orqanlarının məlumatına görə, Çin “Tik-Tok” vasitəsilə amerikalı istifadəçilərin şəxsi məlumatlarını əldə etmək imkanına malikdir.

Tehsil-press.az




Oxşar xəbərlər