Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti üzərinə götürən Milan Radoiçiç saxlanılıb

Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti üzərinə götürən Milan Radoiçiç saxlanılıb Kosovonun şimalındakı silahlı toqquşmaya görə məsuliyyəti öz üzərinə götürən “Serb Siyahısı Partiyası”nın keçmiş sədr müavini Milan Radoiçiç Serbiyada saxlanılıb.
Sentyabrın 24-də Kosovonun şimalında kosovolu bir polis əməkdaşının ölümü ilə nəticələnən hadisələrə görə məsuliyyəti öz üzərinə götürən M.Radoiçiç prokurorluğun qərarı ilə paytaxt Belqraddakı bir mənzilə basqın zamanı saxlanılıb və onun barəsində 48 saatlıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Milan Radoiçiç sentyabrın 29-da silahlı toqquşmanı təkbaşına planlaşdırdığını və partiyadan istefa verdiyini açıqlamışdı.
Sentyabrın 24-də Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olub, biri yaralanıb, üç Kosovo serbi isə öldürülüb. Bu hadisədən sonra Serbiya və Kosovo arasında gərginlik yenidən artıb.

Tehsil-press.az


Oxşar xəbərlər