Serbiya Kosovo ilə sərhəddəki hərbçilərin sayını 8350-dən 4500-ə endirib.
Bunu Serbiyanın Baş Qərargah rəisi Milan Moysiloviç deyib.
O, serb ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirilmədiyini, lakin sərhəddə təhlükəsizliyin təmin olunması üçün döyüş qabiliyyətinin artırıldığını qeyd edib.
Serbiyanın müdafiə naziri Miloş Vuçeviç isə Prezident Aleksandar Vuçiçin ordunun Kosovonun şimalına daxil olması barədə əmr verəcəyi təqdirdə, bunun NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələri (KFOR) məlumatlandırılmaqla peşəkarcasına yerinə yetiriləcəyini vurğulayıb. Nazir belə bir vəziyyətin baş verməməsi üçün lazımi addımlar atmağa hazır olduqlarını bildirib.
Qeyd edək ki, son dövrlərdə Serbiya-Kosovo gərginliyi yenidən artıb. Sentyabrın 24-də Kosovonun şimalında silahlı toqquşma nəticəsində kosovolu bir polis əməkdaşı həlak olub, biri yaralanıb, 3 Kosovo serbi isə öldürülüb. Nəticədə NATO Kosovodakı şəxsi heyətinin sayını artırmağa qərar verib. İstər Avropa İttifaqı, istərsə də ABŞ tərəfləri normallaşma istiqamətində addımlar atmağa, gərginliyi azaltmağa, diplomatik səyləri davam etdirməyə və normallaşma sazişi üzrə öhdəlikləri yerinə yetirməyə çağırıb.
Tehsil-press.az