Aleksandar Vuçiç: Sülh və sabitlik üçün həll yolları axtarmağa davam edəcəyik

Aleksandar Vuçiç: Sülh və sabitlik üçün həll yolları axtarmağa davam edəcəyik Kosovo ilə yaşanan böhrandan çıxmaq üçün həll yollarını axtarmağa davam edəcəyik.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“Avropa İttifaqının Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-ın Qərbi Balkan ölkələri üzrə xüsusi nümayəndəsi Qabriel Eskobarla danışıqlar aparırıq. Sülhün və sabitliyin qorunması üçün lazımi addımları atmağa çalışırıq. Biz həll yollarını axtarmağa davam edəcəyik”, - deyə A.Vuçiç bildirib.
Qeyd edək ki, serblərin sıx məskunlaşdığı Kosovonun şimalındakı 4 bələdiyyədə dekabrın 18-nə təyin edilmiş növbədənkənar seçkilərdən əvvəl iki ölkə arasında gərginlik yenidən artıb. Kosovonun seçki öncəsi ölkənin şimalındakı bölgələrdə təhlükəsizlik qüvvələrinin sayını artırması Serbiya və Kosovo arasında gərginliyə səbəb olub. Daha sonra seçkilərin 2023-cü ilin aprel ayına təxirə salındığı açıqlanıb. Keçmiş serb polisi Deyan Pantiçin saxlanmasından sonra Kosovo serbləri ölkənin şimalında yollarda barrikadalar qurub.
Ötən gün Aleksandar Vuçiçin əmri ilə Serbiya Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

Tehsil-press.az

Oxşar xəbərlər